Dünya

“İslami cihad” qruplaşması İsrailin Sderot şəhərinə raket zərbəsi endirdiyini bildirib

Sharing is caring!


Fələstinin radikal “İslami cihad” hərəkatının silahlı qanadı olan “Sarayə əl-Qüds” qruplaşması şənbə günü İsrailin Qəzza zolağı ilə sərhədi yaxınlığında yerləşən Sderot şəhərinə və Nirim kibbutzuna raket zərbələri endirib.

Bu barədə qruplaşmanın “Telegram” kanalında məlumat verilib.

Bundan əlavə, “Sarayə əl-Qüds” döyüşçüləri Xan Yunis şəhərində (Qəzza zolağının cənubu) İsrail hərbi birləşmələrini iri çaplı minaatanlardan atəşə tutduqlarını iddia ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir