Cəmiyyət

Mingəçevirdə binanın zirzəmisinə axan çirkab suları antisanitar vəziyyət yaradıb – VİDEO

Sharing is caring!


Mingəçevir sakinləri kanalizasiya borularında yaranan nasazlıq səbəbindən zirzəmiyə axan çirkab suların yaydığı üfunət iyindən şikayətçidirlər.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir şəhəri Məmmədəmin Rəsulzadə küçəsi bir ünvanında yerləşən beş mərtəbəli binanın sakinləri uzun müddətdir bu vəziyyətdən əziyyət çəkirlər.

Sakinlər antisanitar vəziyyətdən bezdiklərini bildiriblər.

Onların sözlərinə görə, binanın daxili boruları dəyişdirilsə də, bayıra çıxan xətlər yenilənmədiyindən çirkab suları zirzəmiyə axır.

100-ə yaxın sakini olan binanın vəziyyəti ilə bağlı adiyyəti qurumlara dəfələrlə müracət edilsə də, heç bir nəticə olmayıb.

Daha ətraflı videomaterialı təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir