Dünya

Futbol üzrə dördqat dünya çempionu vəfat etdi – FOTO

Sharing is caring!


Braziliya millisinin sabiq futbolçusu və məşqçisi Mario Zaqallo 92 yaşında vəfat edib.

Bu barədə əfsanəvi braziliyalının sosial şəbəkə hesabında paylaşım edilsə də, onun ölüm səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Mario Zaqallo dörd dəfə dünya çempionu olub. O, bu nəticəyə iki dəfə futbolçu qismində, iki dəfə isə Braziliya millisinin məşqçisi kimi nail olub. Braziliya millisinin heyətində 1958 və 1962-ci illərdə, Braziliya millisinin məşqçisi kimi isə 1970 və 1994-cü illərdə dünya çempionu olub.

Mütəxəssis Braziliya millisinə rəhbərlik edərkən, həmçinin, iki dəfə – 1997 və 2004-cü illərdə Amerika Kubokunu da əldə edib. Bundan əlavə, Zaqallonun rəhbərliyi altında Braziliya millisi 1997 və 2005-ci illərdə Konfederasiya Kubokunun qalibi olub.

Mənbə: Championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir