Şou-Biznes

Mətanət İsgəndərlidən ETİRAF: – “İki əməliyyat etdirdim” – VİDEO

Sharing is caring!

"Plastik əməliyyat heç vaxt etdirməmişəm. Çoxları elə bilir ki, etmişəm. Amma bu vaxta qədər heç bir plastik əməliyyat etdirməmişəm. Həmişə də öz gücümə, iradəmin hesabına arıqlamışam".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Mətanət İsgəndərli Zaur Kamalın verilişində qonaq olarkən deyib. O, ilk dəfə keçirdiyi əməliyyatlardan söhbət açıb:

"30-35 kiloqram çəkini öz gücümə atmışam. Normal həyat tərzi, idmanla, sağlam pəhrizlə və s. Dəfələrlə dietoloqum olub. Amma çəkimi saxlaya bilməmişəm. İlk dəfə əməliyyatı etdirib gözaltlarımı və üstünü götürtmüşəm. Deyirlər ki, ikisini də birdən? Deyirəm hə, iki əməliyyatı da bir yerdə etdirdim. Özüm də şok oldum. Narkozsuz, "Sevdirə bilmədim özümü sənə" mahnısının sədaları altında əməliyyat oldum. İkinci dəfə isə mədə kiçiltmə əməliyyatı oldum".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir