Cəmiyyət

Anar Bağırov: “Vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına önəm veririk”

Sharing is caring!


“Müasir standartlara uyğun vəkil bürolarının yaradılması vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsinə töhfə verir”.

Oxu.Az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, son illər Bakıda və regionlarda xeyli sayda yeni vəkil büroları açılıb.

“Əvvəllər ölkəmizdə belə vəkil büroları yox idi. Lakin indi vəziyyət dəyişib. Vəkillik inkişaf edir, güclənir. Vəkillərin sayı artmaqda davam edir. Eyni zamanda vəkil bürolarının da sayı artır. Biz vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm veririk. Çünki hesab edirik ki, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraiti də yüksək standartlara cavab verməlidir”, – deyə sədr qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir