Dünya

Belqorodun rəhbərliyi şəhər sakinlərini təxliyə etməyə hazırlaşır

Sharing is caring!


Rusiyanın Belqorod vilayətinin bəzi sakinləri sosial şəbəkələrdə raket atəşinə tutulan şəhəri tərk etmələri üçün kömək göstərilməsini xahiş ediblər.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov rəsmi “Telegram” kanalında paylaşım edib.

“Əlbəttə, biz kömək edəcəyik! Artıq bir neçə ailə köçürülüb”, – deyə o, paylaşımda bildirib.

Qladkob xatırladıb ki, yerli hakimiyyət Şebekinonun atəşə tutulmasından sonra artıq belə təcrübəyə malikdir.

Qubernator qeyd edib ki, təxliyə ilə bağlı kömək almaq üçün Belqorod sakinləri onun qəbul otağı və ya Belqorod administrasiyası ilə əlaqə saxlamalı, həmçinin “112” və “122” telefon nömrələrinə zəng etməlidirlər.

“Biz sizi Starıy Oskol və Qubkinə köçürməyə hazırıq” dedi qubernator. Siz orada kifayət qədər rahat şəraitdə olacaqsınız”, – deyə o əlavə edib.

Vyaçeslav Qladkovun sözlərinə görə, sakinlərin isti və təhlükəsiz otaqlarda yerləşdirilməsi nəzərdə tutulur və onlar lazımi müddətə qədər orada qala bilərlər.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir