İdman

Azərbaycanlı məşqçi Türkiyənin tanınmış klubuna getdi

Sharing is caring!

“Türkiyəyə öz imkanım hesabına getmişdim.

Səfərimdə göstərdiyi dəstəyə görə isə klubuma təşəkkür edirəm.

Çünki mövsümün ortası olmasına baxmayaraq, səfərimə etiraz etmədilər”.

Bunu Sportinfo.az-a açıqlamasında bir müddət öncə təcrübə keçmək üçün Türkiyəyə yollanmış “Zirə”nin U-19 komandasının qapıçı məşqçisi Ülvi Xəlilzadə deyib.

Gənc mütəxəssis İstanbul təmsilçisi “Başakşehir”in düşərgəsində olub.

O, adıçəkilən klubda keçirdiyi günlər, məşq prosesində gördükləri barədə bizə danışıb:

“Başakşehir”də təcrübədə oldum. Orada əvəzedici komanda yoxdur.

U-19 komandasından sonra uşaqlar birbaşa əsas komanda ilə müqavilə imzalayır. 2-3 gənc qapıçı eyni anda əsas komandanın məşqlərinə cəlb olunurdu.

Hətta 2005-ci il doğumlu qapıçı əsas heyətə cəlb edilib və debüt matçına çıxmışdı.

2007 doğumlu bir azərbaycanlı qapıçı da vardı. Əsas komanda ilə məşq edir və orada çıxış etməyə əsas namizəddir.

Mən əsas komandanın qapıçılar üzrə məşqçisi ilə söhbətdə onu anladım ki, əsas prinsipləri başqa komandalardan deyil, öz akademiyalarından futbolçuları əsas komandaya verməkdir”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir