İqtisadiyyat

Neft Fondu fişinq hücumları ilə bağlı xəbərdarlıq etdi

Sharing is caring!

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları (kiber dələduzluq) ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yanlışdır və həqiqəti əks etdirmir.

“Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur”, – deyə açıqlamada qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir