Dünya

Üç Afrika ölkəsində ABŞ kəşfiyyat dronları yerləşdirilə bilər

Sharing is caring!


ABŞ Atlantik okeanı sahillərində yerləşən bir neçə Afrika ölkəsində öz hərbi pilotsuz təyyarələrini yerləşdirmək imkanını nəzərdən keçirir.

Bu, “İslam dövləti” və “Əl-Qaidə” terror qruplaşmalarının regionda faəliyyətinin genişlənməsinin qarşısını almaq məqsədi daşıyır.

Bu barədə “Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, Vaşinqton Amerikanın silahsız kəşfiyyat təyyarələrinin Qana, Kot-D’İvuar və Benin aerodromlarından istifadə etməsinə icazə verəcək “ilkin danışıqlar” aparır.

Dronlar ABŞ-yə yaraqlıların hərəkətlərini izləmək və yerli hərbçilərə bununla bağlı məlumat ötürmək imkanı verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir