Dünya

FIFA yeni klub turnirinin yaradıldığını açıqlayıb

Sharing is caring!


2024-cü ildən FIFA Qitələrarası Kuboku adlanacaq yeni turnir keçiriləcək. Yarışlar ildə bir dəfə keçiriləcək.

Bu barədə Beynəlxalq Futbol Federasiyası (FIFA) rəsmi saytında məlumat yayıb.

Turnirdə bütün konfederasiyaların çempionları iştirak edəcək. Final matçında UEFA Çempionlar Liqasının qalibi və digər konfederasiyaların klubları arasında qitələrarası pley-offun qalibi oynayacaq.

İlk mərhələlər FIFA tərəfindən klublar və konfederasiyalarla məsləhətləşərək planlaşdırılacaq.

Pley-off oyunları 14 dekabr 2024-cü ildə neytral ərazidə keçiriləcək. Final 18 dekabr 2024-cü ildə baş tutacaq.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir