Dünya

Oqnen Qoqiç: “Avropa İttifaqı Serbiyanın təşkilata qoşulması prosesini qəsdən gecikdirir”

Sharing is caring!


Avropa İttifaqı (Aİ) öz sıralarına yeni üzvləri qəbul etməyə hazır deyil və buna görə də Serbiyanın təşkilata qoşulması prosesini qəsdən ləngidir.

Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Oqnen Qoqiç deyib.

Onun sözlərinə görə, Serbiya Aİ-yə daxil olmağa çalışır:

“Bu istiqamətdə danışıqlar artıq 10 ildən çoxdur ki, davam edir. Lakin bu proses çox ləng gedir”.

Politoloq hesab edir ki, Aİ Serbiyanın üzvlük prosesini qəsdən yubadır:

“Söhbət ondan gedir ki, Aİ hazırda heç bir ölkəni öz sıralarına qəbul etməyə hazır deyil. Onlar bu prosesi gecikdirirlər və məhz buna görə Serbiya Rusiya və Kosovo ilə bağlı siyasətini dəyişməyə hazır deyil. Belqrad bunun əvəzində heç nə əldə etməyəcəyini anlayır”.

O, Qərbin Serbiyanı xarici siyasətini Avropa siyasəti ilə uyğunlaşdırmağa və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdığını vurğulayıb:

“Bu, Qərb ölkələri ilə Serbiya arasında münasibətlərdə əsas problemdir”.

O.Qoqiç qeyd edib ki, Serbiya Qərbdən gələn bütün tələbləri yerinə yetirsə belə, Aİ-yə üzvlük prosesi sürətləndirilməyəcək:

“Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etsə belə, Aİ-yə yaxınlaşmayacaq. Buna görə də Serbiya bunu etməyə hazır deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir