Dünya

Zukerberq son iki ayda “Meta”nın yarım milyard dollarlıq səhmlərini satıb

Sharing is caring!


“Meta Platforms” şirkətinin rəhbəri Mark Zukerberq 2023-cü ilin dördüncü rübündə təxminən 428 milyon dollar dəyərində şirkət səhmlərini satıb.

Məlumata görə, bu, onun iki ildən sonra ilk səhm satışıdır və şirkətin səhmlərinin qiymətinin son yeddi ildə ən aşağı səviyyəyə enməsi fonunda baş verib.

Qeyd edək ki, Zukerberq noyabrın 1-dən ilin sonuna qədər hər ticarət günü səhm sataraq, təxminən 428 milyon dollar dəyərində 1,28 milyon səhm satıb.

Orta hesabla hər satış 10,4 milyon dollar gəlir gətirib. Onlardan ən böyüyü dekabrın 28-də 17,1 milyon dollar olub.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir