“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13.10.2022-ci il tarixində İmişli rayonunda “Ailədən cəmiyyətə yayılan təhlükə” adli ikinci tədbirini keçirtdi. Tədbiri ilk olaraq layihə rəhbəri İradə Nəsirova açaqaq bildirdi ki, bu bizim İmişli rayonunda 2-ci tədbirimizdi . Mərkəzdəki uşaqlarla söhbətdən sonra istər-istəməz fikirləşirsən ki, doğrudan da analıq hissi cılızlaşır. Çox analar uşaqlarını imkansızlıqdan deyil, öz rahatlıqlarını təmin etməkdən ötrü uşaq evinə verirlər. “Əvvəllər kimsə öz uşağını belə qapalı müəssisələrə gizli verirdi. İndi isə bu, adiləşib. Heç bir utanc hissi keçirmədən: “Uşağımı müəvəqqəti qoymuşam, sosial durumum pisdir” – deyə valideynlər bildirirlər. Ancaq bütün bunlar bəhanədir.Elə analar var ki, uşaqlarını ağır şəraitdə böyüdürlər. Ancaq şəhərin mərkəzində, dəbdəbəli mənzildə yaşayan qadınlar özlərinə daha çox vaxt ayırmaq üçün uşaqlarını qapalı müəssisələrə verirlər. Doğrudanmı, o analar bir tikə yeməklərindən bu uşaqlara verə bilməzlər? Uşaqlar isə ürəklərindəki ümid işartısını birdəfəlik silib atmayıblar. Burda elə uşaqlar var ki, özlərini bu uşaq evində tanıyıblar. “Buranı öz evin hiss edirsənmi?” sualına “Küçədə qalmaqdansa, burada qalmaq daha yaxşıdır” – deyə cavab verirlər. İbrahim adlı oğlanın “Analar uşaqlarını saxlaya bilməyəcəklərsə, niyə dünyaya gətirirlər?” sözləri hələ də qəlbimi ağrıdır.deyə İradə xanım bildirdı. .Tədbirdə Gələcəyə Baxış Aİ i.b sədri Bəsti Nəsibovada söz alaraq bildirdi ki, bir sual adamı daha çox narahat edir: bu gün uşaqların atılması, dilənçi kökünə salınması, aldadılması, ələbaxımlığa öyrədilməsi, satılması, diləndirilməsi təkcə valideynlərin yox, həm də cəmiyyətin yarası deyilmi? Günahsız uşaqları zamanın nehrəsində çalxamaq, zəmanənin şələsini hələ bərkdən-boşdan çıxmamış çiyinlərinə yükləmək günahdır. Çünki bu ağır yükə onların tab gətirəcəyinə inanmaq sadəlövhlük olardı. Unutmayaq ki, Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının mənəvi böyüklüyü ilə ölçülür və bunu təmin etmək təkcə dövlətin yox, vətəndaş olaraq hər birimizin borcudur. Biz yalnız onda “Uşaqlar bizim gələcəyimizdir” deyə bilərik. Sonda psixoloq uşaqlarla sual cavab formasında diskusiya apardı.
Oxşar Xəbərlər
Müdafiə Nazirliyi: Qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır
Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd edilib. Xeberal.az
Neftçalada ana və oğul dəm qazından zəhərləndilər: Ölən var
Neftçalada ana və oğlu dəm qazından zəhərləniblər. APA xəbər verir ki, Bəxtiyar Pirəliyev və anası Naibə Piriləliyeva evdə kustar üsulla quraşdırılmış qaz sobasından sızan qazdan zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Bəxtiyar Pirəliyev orada ölüb. Onun ölüm səbəbinin trombemboliya olduğu bildirilib. Qadının vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Nazir: “Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir”
“Ermənistanla münaqişədən sonra münasibətlərin normallaşdırılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir”. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqlar zamanı deyib. “Mayda Moskvada keçirdiyimiz görüş də məhz buna həsr olunmuşdu. Son bir neçə ay ərzində çoxlu təmaslar olub, dinamika kifayət qədər yüksəkdir. Liderlərin Moskvada, Kişineuda, […]