Cəmiyyət

Yağış suyu Zaqatalada yaşayış evinin bir hissəsini dağıdıb – FOTO

Sharing is caring!


Güclü yağış Zaqatalada yaşayış evinin bir hissəsini dağıdıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Zaqatala rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Yuxarı Tala kənd sakini İlham Süleymanova məxsus fərdi yaşayış evinin bir hissəsi dağlardan gələn yağış suları nəticəsində dağılıb. Yağış suları evin həyətinə və mənzilə dolub.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda bölgəyə dəymiş ziyanlarla bağlı araşdırma aparılır. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir