Dünya

Türkiyə hərbi dəniz donanmasını yeniləyir

Sharing is caring!


Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsi Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil gəmilərin inşasına qərar verib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə keçirilən iclasın yekunlarına dair açıqlamada məlumat verilib.

“İclasda hərbi gəmilərin yaradılması proqramı çərçivəsində təyyarədaşıyan gəminin layihələndirilməsi və MİLGEM gəmilərinin, I dərəcəli freqatların, dəniz patrul gəmilərinin, yeni desant gəmilərinin, yeni nəsil minaaxtaran gəmilərin və desant katerlərin inşası mərhələsinə daxil olmaq barədə qərar qəbul edilib”, – Prezident Administrasiyasının məlumatında deyilir.

Bildirilir ki, iclasda yeni PUA-ların tətbiqi kontekstində layihələr də müzakirə edilib və müəyyən qərarlar qəbul olunub.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir