MARAQLI

Yakutiyalı sahibkar xanımın özünü Ledi Qaqaya bənzətməsi gündəm oldu – FOTO/VİDEO

Sharing is caring!


Yakutiyadan olan sahibkar öz müəssisəsini reklam etmək üçün seçdiyi qeyri-adi yolla bir çoxlarını təəccübləndirib.

Belə ki, o, çiy ətdən paltar geyinib və onunla fotosesiya edib.

Qeyd edək ki, rusiyalı qadın yarımfabrikat sexinin sahibəsidir və o, bu yolla müəssisəsinin dörd illiyini qeyd etmək istəyib.

Sahibkarın sözlərinə görə, ət həqiqi olub və çəkiliş üçün xüsusi hazırlanıb.

“Bəli, əsl ət idi. Fotosessiyadan sonra onu dondurdum”, – deyə sahibkar qeyd edib.

Sahibkarın bu addımı sosial şəbəkələrdə geniş müzakirə edilib. İnsanlar həmin xanımın özünü ABŞ-li müğənni Ledi Qaqaya bənzətdiyini qeyd ediblər.

Sahibkarın bu addımı birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bəziləri bunu iyrənc görünüş adlandırıb, digərləri isə bunu bir dəfə məşhur müğənni və aktrisa Ledi Qaqanın etdiyini xatırladblar.

Xatırladaq ki, Ledi Qaqa da 2010-cu ildə “MTV Video Music Awards” mükafatlarının təqdimetmə mərasiminə çiy ətdən paltarda və ayaqqabıda çıxmışdı.

Mənbə: “Sliva/İrkutsk” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir