Dünya

Rusiya və Ermənistanın XİN başçıları arasında telefon danışığı olub

Sharing is caring!

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan və Rusiya xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınmasını müzakirə edib.

Telefon danışığı zamanı həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də İrəvanda baş tutacaq Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına hazırlıq da müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir