Mədəniyyət

Altınbek Maksutov: “Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində maraqlıyıq”

Sharing is caring!




“Qırğızıstan və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsində maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Azərbaycanda keçirilən Qırğızıstan mədəniyyəti günlərinin açılışında çıxış edərkən deyib.

Qırğız nazir qeyd edib ki, bu gün hər iki ölkə arasında mövcud olan dialoq bu sahədə geniş imkanlar yaradır:

“Azərbaycan və Qırğız xalqlarının mədəniyyəti əcdadlarımızdan miras qalıb. Biz mədəni müxtəliflik sahəsində əməkdaşlığımızın bundan sonra daha da genişləndirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir