Dünya

HƏMAS-ın əsas hərbi liderlərindən biri öldürüldü

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının əsas hərbi liderlərindən biri Ayman Nofəlin öldürüldüyünü açıqlayıb.

Hərbçilər onun terror qruplaşmasının hərbi lideri Məhəmməd Deyfə yaxın olduğunu xatırladıblar.

Nofəl (həmçinin Əbu Məhəmməd kimi tanınır) HƏMAS hərbi şurasının üzvü və HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının mərkəzi komandanlığının rəhbəri idi. O, sıravi israillilərə və ölkənin təhlükəsizlik qüvvələrinin üzvlərinə qarşı terror hücumlarına, silahların hazırlanmasına və istehsalına görə məsuliyyət daşıyırdı.

Qeyd edək ki, Nofəl indiyədək 7 oktyabr hücumundan sonra öldürülən HƏMAS-ın ən yüksək rütbəli məmurudur.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir