Dünya

Türkiyə kəşfiyyatı PKK-nın İraqdakı liderlərindən birini məhv edib

Sharing is caring!


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) liderlərindən birini məhv edib.

Məlumata görə, qondarma Xalq Özünümüdafiə Qüvvələrinin batalyon komandiri, İran əsilli İslam Cehanferin məhv edilməsi əməliyyatı Türkiyə ilə sərhəddən 200 kilometr aralıda, Süleymaniyyə şəhəri yaxınlığında həyata keçirilib.

Türkiyə kəşfiyyatı uzun müddətdir ki, İraq və Suriyada terror fəaliyyətlərində iştirak edən yaraqlının hərəkətlərini izləyib və o, İraq şəhərlərindən birinə daxil olarkən MİT agentləri tərəfindən məhv edilib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir