Dünya

İsrail ordusu İordan çayının qərb sahilində də silahlı müqavimətlə üzləşib

Sharing is caring!


İordan çayının qərb sahilində yerləşən Kalkiliya şəhərində silahlı qruplaşma üzvləri İsrail ordusunun bölmələrinə atəş açıb.

Toqquşma nəticəsində bir israilli hərbçi yaralanıb.

Mənbə iddia edir ki, İordan çayının qərb sahilində İsrail hərbçilərinə hücum edən Fələstin Milli Azadlıq Hərəkatı (FƏTH) hərəkatının yarımhərbi qanadı olan “Əl-Əqsa Şəhidləri Briqadaları”nın yaraqlıları olublar.  

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında HƏMAS təşkilatına qarşı aktiv hərbi əməliyyatlar aparır. İordan çayının qərb sahilində isə əsas siyasi qüvvə FƏTH təşkilatıdır.

Mənbə: Al Mayadeen

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir