Cəmiyyət

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Sharing is caring!


Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Qırxbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Maarif Rüfət oğlu Cabbarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini, Cəlal Yaqub oğlu Haqverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir