Dünya

Ukraynada müharibə 514 uşağın həyatına son qoyub

Sharing is caring!


1686-dan çox uşaq Ukraynadakı genişmiqyaslı müharibənin qurbanı olub.

Ölkənin Baş Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata görə, hərbi əməliyyatlar ucbatından 514 uşaq həlak olub, 1172-dən çox azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu məlumatlar 2024-cü il yanvarın 1-də səhər saatlarınadək olan vəziyyəti əks etdirir.

Bildirilir ki, azyaşlı qurbanların sayı arta bilər, belə ki, hərbi əməliyyatlar aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə həlak olan və yaralanan uşaqların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Mənbə: mignews.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir