İdman

Azərbaycan millisi Avropa Superfinalında B Divizionuna düşdü

Sharing is caring!


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında sonuncu oyununu keçirib. 

AFFA-nın yaydığı məlumata görə, Moldova yığması ilə qarşılaşmanın əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Moldova yığması yekunda 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Orxan Məmmədov və Sabir Allahquliyev vurublar.

Yekunda Superfinalı 14-cü pillədə tamamlayan komandamız A Divizionundakı yerini itirərək B Divizionuna düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir