Dünya

İran Ermənistan universitetinə professor göndərcək

Sharing is caring!


Bir müddət öncə İran Ermənistanın Qafan şəhərində fars dili mərkəzi yaradıb.

İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin bəyan edib ki, fars dili öyrənmək istəyən çox sayda şəxs bu mərkəzdə qeydiyyatdan keçib.

O, Təbriz Universitetinin rektoru, həmçinin universitetin Elmi və Beynəlxalq Əməkdaşlıq Kafedrasının dekanı Səid Şücai ilə görüşdə Ermənistanın Sünik Universitetinə professorların göndərilməsini istəyib.

Baş konsul Təbriz Universiteti ilə Qafan Fars Dili Mərkəzi arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

Şücai isə qeyd edib ki, Təbriz Universitetinin professorları Ermənistan universitetlərinin akademik proqramlarına qoşula bilərlər.

Mənbə: Azad İran

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir