Ölkə

Azərbaycanda sosial şəbəkələrə giriş niyə bağlanmışdı?

Sharing is caring!

14 aprel saat 14:55-16:58 aralığında Azercell şəbəkəsindən qaynaqlanmayan problemlərdən dolayı facebook/instagram/whatsapp platformalarından istifadədə çətinlik yaranıb.

XəbərAl.az  xəbər verir ki, bununla bağlı Azercell şirkətindən açıqlama verilib.

Şirkətdən bildirilib ki, yalnız mobil deyil, həm də “Wi-fi” şəbəkəsi üzərindən adıçəkilən platformalardan istifadə zamanı müşahidə edilən çətinliklər qlobal xarakter daşıyıb.

Qeyd edilib ki, hazırda müvafiq plarformalardan istifadə imkanı bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir