Dünya

“Çılpaq gecə”yə qatılan Filipp və Lolita Yeni il qış şousundan uzaqlaşdırıldılar

Sharing is caring!


Məşhur rusiyalı sənətçilər Filipp Kirkorov və Lolita Milyavskaya Yeni il münasibətilə hazırlanan “Qış şousu”nda iştirak edəcək artistlərin siyahısından çıxarılıblar.

Bu barədə şounun nümayiş olunacağı “Live Arena” saytında məlumat verilib.

Filipp və Lolitanı şouda Lyusya Çebotina, Həbib və Burito əvəz edəcək.

Qeyd edək ki, Kirkorov və Milyavskaya ilə bağlı bu qərar bloqer Anastasiya İvleyevanın Moskvanın “Mutabor” klubunda təşkil etdiyi “çılpaq gecə”yə qatılmalarından sonra verilib.

Lakin buna baxmayaraq, həmin gecəyə, demək olar ki, eyni dərəcədə çılpaq qatılan Dima Bilan isə “Qış şousu”nun iştirakçıları siyahısında qalır.

Xatırladaq ki, Filipp Kirkorovun bu tədbirdən sonra Xalq artisti adından məhrum ediləcəyi ilə bağlı müzakirələr aparılsa da, nəticədə bu addan məhrum edilməməsi ilə bağlı qərar verilib.

Mənbə: RTVI

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir