Dünya

İsrailin keçmiş baş naziri İran rejiminin devrilməsi ilə bağlı danışdı

Sharing is caring!


“İran “şər imperiyasıdır”, çünki Yaxın Şərqdə Fələstinin HƏMAS hərəkatı, eləcə də Livanın hərbiləşdirilmiş şiə təşkilatı və “Hizbullah” siyasi partiyası da daxil olmaqla, çoxsaylı proksi qüvvəsini dəstəkləyir və maliyyələşdirir”.

Bu sözləri İsrailin keçmiş baş naziri Naftali Bennet Amerikanın “Wall Street Journal” qəzetində dərc olunan məqaləsində bildirib.

“HƏMAS və “İslami Cihad” İranın dəstəyi ilə oktyabrın 7-də 1200 israillini qətlə yetirdi və bu da Qəzza zolağında genişmiqyaslı müharibəyə gətirib çıxardı. O vaxtdan bəri İranın da dəstəklədiyi “Hizbullah” İsrailin şimalındakı yaşayış məntəqələrinə 1000-dən çox raket atıb və bu regional yanğının baş verməsinə səbəb ola bilər. Yəməndə İranın tərəfindən husilər Süveyş kanalında gəmilərə hücum edir və ələ keçirirlər”, – deyə Bennet qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki problemlərin əksəriyyətinin mərkəzində İran rejimi dayanır.

Keçmiş baş nazir vurğulayıb ki, İranın şər imperiyası devrilməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir