Dünya

“Google” istifadəçilərinin gizli izlənilməsi üçün beş milyard dollar ödəyəcək

Sharing is caring!


ABŞ-nin “Google” şirkəti “Google Chrome” brauzerinin istifadəçilərindən gizli şəkildə məlumat topladığı üçün ən azı beş milyard dollar dəyərində iddia üzrə ilkin razılığa gəlib.

Bu barədə iddiaçıların və cavabdehin vəkillərinə istinadən məlumat yayılıb.

Razılaşmanın şərtləri açıqlanmır, lakin hüquqşünaslar “Google”un məcburi tələblər siyahısı ilə razılaşdığını bildirib. O, 2024-cü il fevralın 24-də məhkəmənin təsdiqinə təqdim ediləcək.

İddiaçıların şikayətinə əsasən, “Google”un tətbiqləri şirkətə istifadəçilərin “Google Chrome” brauzerini “inkoqnito” şəxsi baxış rejiminə keçirdikdə belə onların fəaliyyətini izləməyə imkan verib. Bu yolla müəssisə şəxsin dostları, hobbiləri, sevimli yeməkləri, istehlak vərdişləri və insanların internetdə axtardıqları “potensial utancverici şeylər” haqqında məlumat əldə edə bilərdi.

Xatırladaq ki, “Google”a qarşı iddia 2020-ci ildə ABŞ-nin Kaliforniya ştatında açılıb. O, şirkətin xidmətlərinin “milyonlarla” istifadəçisini əhatə edir və federal telefon dinləmə qanunlarının və Kaliforniya ştatının məxfilik qanunlarının pozulmasına görə hər bir zərərçəkmişə ən azı 5 min dollar təzminat tələb edir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir