Dünya

Lukaşenko vətənlərində sülhə həsrət qalanların hamısını Belarusa dəvət etdi

Sharing is caring!


Belarus Prezidenti Aleksandr Lukaşenko evini və vətənində sülhü itirmiş hər kəs üçün ölkəsinin açıq olduğunu bildirib.

O, bu sözləri “Bizim uşaqlarımız” kampaniyası çərçivəsində xeyriyyə tədbirində çıxışı zamanı deyib.

Lukaşenko vurğulayıb ki, Belarusda “özgənin uşağı” anlayışı yoxdur. O, uşaqların hamısının onlara yaxın, doğma olduğunu qeyd edib.

“Belarus öz ölkəsində evini və əmin-amanlığını itirmiş hər kəs üçün açıq olub və olacaq”, – deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, Minsk müharibənin “uşaqlıqlarını oğurlamağa çalışdığı uşaqlara yardım edib və edəcək”.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir