Siyasət

Azərbaycan-Ermənistan: Normallaşma prosesi irəliləyib

Sharing is caring!


“2023-cü ildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən gündəlik irəliləyib”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Ermənistan və onun havadarları sülh gündəliyinə maneə yaratmağa çalışıblar.

Ceyhun Bayramov 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər barədə də məlumatları xatırladıb. 

“Lakin Ermənistanın tutduğu mövqe, Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğunu davam etdirməsi sülh gündəliyinə maneə yaradırdı. Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdikdən sonra münasibətlərin irəlilədilməsi baxımından yeni imkanlar yaranıb”, – deyə Ceyhun Bayramov əlavə edib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir