Dünya

Dmitri Savelyev: “Azərbaycanla Ermənistan arasında sülhün bağlanması üçün bütün ilkin şərtlər var”

Sharing is caring!


“Səmimi-qəlbdən arzu edirəm ki, 2024-cü ildə tezliklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün etibarlı təmələ çevriləcək, münbit Qarabağ torpağının və bütün regionun daha da çiçəklənməsinə xidmət edəcək sülh sazişi bağlanacaq. Bunun üçün isə bütün ilkin şərtlər var”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Azərbaycan Respublikası parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun koordinatorunun müavini Dmitri Savelyev deyib.

Rusiyalı parlamentari Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib:

“Əziz azərbaycanlı dostlar, birlik, həmrəylik və fədakar quruculuq əməyiniz sayəsində Prezident İlham Heydər oğlu Əliyevin uzaqgörənliyi, müdrikliyi və qətiyyəti ilə yola saldığımız il Azərbaycan üçün ən irimiqyaslı layihələrin həyata keçirildiyi, bütün sahələrdə rifahın artırılması, suverenliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası, respublikanın regionda və dünyada nüfuzunun artırılması, Rusiya ilə qardaşlıq əlaqələrinin hərtərəfli inkişafı ili oldu. Bütün qəlbimlə sizə çoxdan gözlənilən sülh və firavanlıq, tərəqqi və xoşbəxtlik arzulayıram!”

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir