Dünya

ABŞ-də yeniyetmə bacısını Milad hədiyyələri üstündə güllələyib

Sharing is caring!


ABŞ-nin Florida ştatında 14 yaşlı yeniyetmə Milad hədiyyələri üstündə münaqişə zamanı 23 yaşlı bacısını güllələyib.

Gənc qız Milad ərəfəsində iki yeniyetmə qardaşı arasında kimin üçün ən çox hədiyyə alınacağına görə düşən davada onları ayırmağa çalışıb.

Faciə baş verən gün yaş fərqi bir il olan qardaşlar ana, bacı və bacının iki oğlu ilə Milad alış-verişi edərkən kimin nə alması və kimə nə qədər pul xərclənməsi ilə bağlı mübahisə yaranıb.

Ailə mağazadan nənələrinin Larqodakı evinə gedərkən mübahisə davam edib. Qardaşların hər birində silah olub.

Mübahisə əsnasında 14 yaşlı yeniyetmə bacısını sinəsindən güllələyib, nəticədə o ölüb. Bir neçə saniyə sonra ikinci yeniyetmə kiçik qardaşının qarnına atəş açıb. Zərərçəkmiş xəstəxanaya aparılıb.

Qardaşını yaralayan yeniyetmənin adam öldürməyə cəhd maddəsilə ittiham ediləcəyi gözlənilir. O, özünə zərər vermə iddialarından sonra ruhi xəstəxanada saxlanılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir