Cəmiyyət

Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olunub – FOTO

Sharing is caring!


Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları (hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları) Tarix Muzeyinə təqdim edilib.

Bu barədə Tarix Muzeyindən məlumat verilib.

Əşyaları onun həyat yoldaşı Ofelya Salmanova muzeyə təqdim edib.

Muzeyin yeni qurulan ekspozisiyasında P.Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir