Dünya

Türkiyədə minimum əmək haqqı 49% artırılır

Sharing is caring!


Türkiyədə minimum əmək haqqı 2024-cü il yanvarın 1-dən 49% artırılaraq 17 002 türk lirəsinə (578,25 dollar) çatdırılacaq.

Bu barədə həmkarlar ittifaqları ilə danışıqlardan sonra Respublika Əmək Nazirliyinin rəhbəri Vedat İşıxan məlumat verib.

Bundan əvvəl minimum əmək haqqı 2023-cü ilin iyul ayında 34% artaraq 11,4 min lirəyə (380 dollar) çatdırılmışdı.

Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan minimum əmək haqqının artırılması ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, minimum əmək haqqının artırılması məsələsi dövlət sektorunda çalışan 7 milyona yaxın Türkiyə vətəndaşını əhatə edir. Minimum əmək haqqı inflyasiyanın səviyyəsi nəzərə alınmaqla indeksləşdirilir.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir