Dünya

“Hizbullah” İsrail ərazisindəki hərbi mövqelərə 12 raket zərbəsi endirib

Sharing is caring!


İsrail ordusunun Livanla sərhəd bölgələrindəki mövqeləri “Hizbullah” partiyasının silahlı qanadının bölmələri tərəfindən atəşə tutulub.

Qeyd olunur ki, döyüşçülər İsrail ərazisinə doğru 12 raket atıblar, onların Yuxarı Qalileydəki İsrail postları ərazisinə, həmçinin Şebaa və Kfar-Şuba yüksəkliklərinə düşdüyü qeydə alınıb. Zərbələrin nəticələri və insan itkiləri barədə məlumat verilmir.

İsrail tankları cavab olaraq Ait-əş-Şaab və əl-Xiyam yaşayış məntəqələrinin ətrafına atəş açıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir