Dünya

“Politico” Borrelə “diplomatik axmaq” mükafatı verdi

Sharing is caring!


Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrel “Politico” nəşrinin Avropa versiyasına görə ilin yumoristik antireytinqində aparıcı yerlərdən birini tutub.

O, “Diplomatiyanın Boratı” mükafatına layiq görülüb.

Borat eyniadlı ABŞ – Britaniya komediya filminin qəhrəmanıdır. Qərb ölkələrində onun adı “xeyirxah axmaq” mənasında işlənir.

“Avropalıların Borrelə arxayın ola biləcəkləri nə isə varsa, bu da onun heç vaxt axmaq olmaq fürsətini əldən verməməsidir. O, namizədlərdən birinin öldürüldüyü Ekvadoru dinc seçkilər keçirdiyi üçün alqışlayıb. Vəzifə müddəti sona yaxınlaşdıqca, Borrel öz diplomatik uğursuzluğunu hər gün avropalılara xatırlatmaq istəyir”, – “Politico” yazır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir