Dünya

Pakistanlı sərhədçilər əfqanlara atəş açıblar, öldürülənlər var – VİDEO

Sharing is caring!


Əfqanıstanın Pakistanla həmsərhəd Zabul vilayətində pakistanlı sərhədçilər ölkəyə qeyri-qanuni yolla keçməyə çalışan bir qrup əfqana atəş açmaq məcburiyyətində qalıblar.

Qeyd olunur ki, silahlı insident Bədini-Şinband keçid məntəqəsi yaxınlığında baş verib.

Silahdan açılan atəş nəticəsində iki əfqanın öldüyü, dörd nəfərin xəsarət aldığı bildirilir. “Taliban” döyüşçüləri ölən və xəsarət alan şəxsləri ərazidən helikopter vasitəsilə çıxarıb.

Hələlik Əfqanıstan tərəfi insidenti şərh etməyib.

Mənbə: Sputnik Əfqanıstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir