Siyasət

Azərbaycanın Efiopiyadakı səfirinin etimadnaməsi qəbul edilib – FOTO

Sharing is caring!


26 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasına yeni təyin olunan səfiri Ruslan Nəsibov etimadnaməsinin surətini Efiopiya Xarici İşlər Nazirliyinin Protokol Məsələləri üzrə baş direktoru səfir Melaku Bedada Senbetaya təqdim edib.

Bu barədə Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin siyasi, iqtisadi-ticari, humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir