Dünya

Rusiyalı siyasətçi ABŞ-nin yeni sərhədləri barədə bəyanat verdi

Sharing is caring!


“Vaşinqtonun Arktikada kontinental şelfini genişləndirmək iddialarının heç bir beynəlxalq hüquqi əsası yoxdur, ona görə də dünyanın ABŞ-nin yeni sərhədlərini tanımamaq hüququ var”.

Bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev özünün “Telegram” hesabında etdiyi paylaşımda deyib.

O xatırladıb ki, Amerika tərəfi hələ də BMT-nin Dəniz Hüququ Konvensiyasını ratifikasiya etməyib. Kosaçev, həmçinin ABŞ-ni bütün dəniz gücləri arasında təcrid olunmuş ölkə adlandırıb. Eyni zamanda vitse-spiker vurğulayıb ki, kontinental şelflə bağlı iddialarla BMT komissiyası məşğul olmalıdır.

“Nəticə olaraq bu gün amerikalılar heç bir beynəlxalq hüquqi əsas olmadan hərəkət edirlər. Deməli, beynəlxalq ictimaiyyət yeni sərhədləri tanımamaq hüququna malikdir”, – deyə Konstantin Kosaçev qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir