İdman

Adrian Mutu: “Bu cür oyundan sonra üzülürəm”

Sharing is caring!


“Bu cür oyundan sonra üzülürəm. Çünki çempionat oyunlarına da eyni formada məşqlərlə hazırlaşırıq. “Zenit” kimi güclü rəqiblərə qarşı yaxşı oynayırıq, digər matçlarda fərqli davranış olur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının “Neftçi Arena”da baş tutan qarşılaşmadakı performansından razılıq bildirib: “Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydançadakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.

O, çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan Mirzovun qollar vurması, formaya düşməsi isə məni sevindirir”.

Baş məşqçi gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydançaya buraxanda hamı məni tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni qayıdıb”.

Mətbuatı izlədiyini bildirən Adrian Mutu bəzi futbolçuların hələ tam uyğunlaşmadığını da etiraf edib: “Neftçi” kimi böyük klubda çalışıram, ətrafımdakı dostlar mətbuatı izləyib mənə tərcümə edirlər. Dili bilmədiyim üçün yaxından izləyə bilmirəm. Amma gələcəkdə yaxından izləməyə çalışacağam. Yeni gələnlərə uyğunlaşma prosesi elə də asan deyil. Bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada elə deyil”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir