Cəmiyyət

Məhkəmə-Hüquq Şurasından yenilik: Hakimliyə namizədlərlə imtahan prosesi sürətləndirildi

Sharing is caring!


Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusilə də dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür.

Bu barədə Hakimlərin Seçki Komitəsi məlumat yayıb.

Bildirilib ki, hakimliyə namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanın yenilənmiş variantı Məhkəmə-Hüquq Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.

Namizədlər test imtahanı suallarının annotasiyası ilə buradan tanış ola bilərlər.

Namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onlar üçün daha şəffaf və əlverişli şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək, hər bir namizəd fərdi qaydada, sualları kompüter vasitəsilə cavablandıracaqdır.

Bununla əlaqədar Hakimlərin Seçki Komitəsi bildirir ki, sənədlərini ilk təqdim etmiş 170 nəfərədək hakimliyə namizədlərlə test imtahanı cari ilin noyabr ayının 3-də keçiriləcək, eyni zamanda namizədlərin sənədləri bundan sonra da davamlı olaraq qəbul ediləcəkdir.

İmtahanların keçirilməsi tarixi, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcəkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir