Dünya

Livanda Milad ağacını yandırdılar – FOTO

Sharing is caring!


Naməlum ekstremistlər Livanın paytaxtı Tripolidə Müqəddəs Georgi kilsəsinin yaxınlığında quraşdırılmış Milad ağacına alovlandırıcı qarışıq atıblar.

Bu barədə Respublika Fövqəladə Hallar Komitəsindən məlumat verilib.

“Dələduzların hücumu nəticəsində bayram üçün bəzədilmiş şam ağacı tamamilə yanıb. Hazırda hadisə yerinə təhlükəsizlik əməkdaşları və Livan hərbçiləri gəlib və bu cinayətin arxasında duran şəxslərin müəyyən edilməsi üçün araşdırma aparırlar”, – deyə məlumatda bildirilib.

İctimai xadim və Livanın Pravoslav Şurasının sədri Robert Abyad bildirib ki, Tripolinin siyasi və dini liderləri tamamilə qəbuledilməz və şübhəli hücumu qətiyyətlə pisləyiblər.

“Məlumdur ki, bayram ab-havasını zəhərləmək və vəziyyəti gərginləşdirmək niyyətində olan beşinci kolon var. Bu çirkin hərəkəti törədən qüvvələr xristianların və müsəlmanların qardaşcasına yaşadığı Tripolinin imicini təhrif edə bilməyəcəklər”, – deyə o bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir