Dünya

Tailand hərbçiləri Andaman dənizində batan gəmidən 73 nəfəri xilas ediblər – FOTO

Sharing is caring!


Tailand hərbçiləri Andaman dənizindəki Bu-Bu adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas ediblər.

Bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Verilən məlumata görə, yüksək dalğalar gövdəsində dəlik yaranan gəminin çevrilməsinə səbəb olub. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri operativ olaraq qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.

Sərnişinlər Phuket və Lanta adalarına təxliyə edildikdən qısa müddət sonra batıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir