Mədəniyyət

Rasim Balayev: “Azərbaycan kinosu reanimasiyadadır”

Sharing is caring!


“Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsi gözlənilməz oldu”.

Oxu.Az xəbər verir ki, bunu yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib.

O, kinonun hazırkı vəziyyətindən danışıb:

“Azərbaycan kinosu reanimasiyadadır. Əmin olmaq istəyirəm ki, kinomuz inkişaf edir. Kino ilə birliyimizi yaşatmalıyıq. Ömrümüzü kinoya qurban vermişik. Hər bir insanın arxasında duracağıq. Hamıya yiyə duracağıq. Kino çəkmək səlahiyyətimiz yoxdur. Buna baxmayaraq, iki il ərzində sənədli film çəkmişik. Daxilən inanıram ki, kinomuz diriləcək”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir