Dünya

Musa Qurbanlı: “Özümü “Yurqorden”də yeni oyunçu kimi hiss etmirəm”

Sharing is caring!


İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı yeni komandasına uyğunlaşıb.

Bu barədə gənc forvard özü açıqlamasında bildirib:

“Özümü komandada yeni oyunçu kimi hiss etmirəm. Artıq bura uğyunlaşmışam. Komanda yoldaşlarımla qısa müddətdə dostlaşmağı bacarmışam. Burada hər şey yaxşıdır”,

Azərbaycan millisinin üzvü “Yurqarden” azarkeşlərinin ona qarşı münasibətindən razılığını ifadə edib:

“Azarkeşlərin münasibətindən çox təsirləndim. Onların sevgisini hiss edirəm. Mən də fanatlar üçün mübarizə aparmaq istəyirəm”.

Qeyd edək ki, Musa Qurbanlı bir müddət əvvəl “Qarabağ”dan “Yurqorden”ə keçib. Onun iyulun 22-də İsveç çempionatının XVI turunda “Elfsborq”la görüşdə komandasının heyətində debüt etməsi gözlənilir.

Mənbə: aftonbladet.se

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir