Dünya

Serbiyada etirazçılar şəhər administrasiyasının binasına basqın etməyə çalışırlar – VİDEO

Sharing is caring!


Dekabrın 18-də axşam saatlarında Serbiyada paytaxt Belqradın mərkəzində Respublika Seçki Komissiyasının (RSK) binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları növbəti etiraz mitinqinə toplaşıblar.

Etirazçılar şəhərin əsas Kralya Milan küçəsini  bağlayıblar. RSK-nın binası ilə Serbiya prezidentinin iqamətgahı arasında səhnə yaradılıb. Daha sonra müxalifət tərəfdarları seçki komissiyasının binasından şəhər administrasiyasının əsas girişinə doğru hərəkət ediblər.

Qeyd olunur ki, nümayişçilər binaya basqın etməyə çalışırlar. Onlar qapını sökmək üçün bayraq dirəklərindən istifadə edib, həmçinin pəncərəni sındırıblar və orada daş və pivə qutuları atmağa başlayıblar. Eyni zamanda etirazçılar müşahidə kameralarını da sındırıblar. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

Etirazçılar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətiriblər, hökumət əleyhinə şüarlar, respublika prezidentinə qarşı təhqiramiz sözlər səsləndirir, səsgücləndiricilərdən, fitlərdən və tütəkdən istifadə edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir