Dünya

İranın yalançı islamçılıq siyasəti – VİDEO

Sharing is caring!

İran prezidenti İbrahim Rəisinin Çinə səfəri ilə eyni vaxtda, bəziləri İranın uyğurların vəziyyətinə görə susmasını tənqid ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Belə ki, hazırda da sosial mediada İranın bəzi tanınmış simaları həmin məsələyə görə İran dövlətinin yalançı islamçılıq siyasətini tənqid edirlər.

Bununla bağlı, hökumətə bağlı “İran” qəzeti ictimaiyyətin diqqətini mövzudan yayındırmaq üçün bu haqda yeni bir süjet paylaşıb.

Süjetdə uyğurlara qarşı müxtəlif töhmətlər və qarayaxmalar qeyd olunub.

Qəzet, öz süjetində İranın uyğurları niyə dəstəkləmədiyini belə izah edir;

-Çinin müxtəlif şəhərlərində yaşayan 60 milyon uyğur müsəlman öz dini ayinlərini yerinə yetirməkdə azaddır.

– Uyğurlar Sink Yanq əyalətinə müstəqillik tələb edirlər ki, Şərqi Türküstanı yaratsınlar.

– Xorasan İŞİD-çilərinin bir hissəsi uyğurlardan ibarətdir və onlar Əfqanıstanda çoxlu terror aktı törədiblər.

– Uyğurlar daim İŞİD-lə əlaqədədirlər və deyilənlərə görə, Suriyada İŞİD-in əməliyyatlarında beş min (5000) uyğur iştirak edib.

– Hər kəs bilməlidir ki, uyğurların İran müxalifləri, o cümlədən, “Münafiq”lərlə yaxşı münasibətləri var və onların liderlərindən hesab olunan və ABŞ-da yaşayan Rəbiə Qədir Münafiqlərin iclasında çıxış edib.

– Çin hökumətinin uyğurlarla problemi dini cəhətdən öncə onların separatçı və terrorçu olmasına görədir”.

Hər şeyin həddi hüdudu var. Yəni İslam Respublikası uyğur müsəlman türklərinin terroru səbəbindən Çinə etiraz etmir!

Belə bir iddiası olan bir ölkə belə yoxdur və hətta Çinin özü belə bir iddia irəli sürmək üçün o qədər də qəddar deyil.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir