Dünya

Azərbaycanın qızlardan ibarət gənc milliləri İstanbul toplanışını başa vurublar – FOTO

Sharing is caring!


Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən Azərbaycanın qızlardan ibarət U-16 və U-18 yığmaları yekun yoxlama oyunlarını keçiriblər.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilər keçirdikləri son beş yoxlama matçını 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar.

Qeydə alınmış hesablar:

“Beykoz KBBL” U-18 – Azərbaycan U-18 (55-69)
“Eyül Belediyesi” U-18 – Azərbaycan U-18 (59-78)
“Leventspor” U-15 – Azərbaycan U-16 (50-68)
“Eyüp Belediyesi” U-16 – Azərbaycan U-16 (46-71)
“Şimali Kipr Levent” U-16 – Azerbaycan U-16 (76-51)

Qeyd edək ki, komandalar İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir