Dünya

Gürcüstandan Ermənistan və Türkiyəyə gedən yollar yük maşıları üçün bağlandı

Sharing is caring!


Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtomobillər üçün Ermənistan və Türkiyə ilə sərhədə gedən yolları bağlamaq qərarına gəlib.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Güclü qar və buzla əlaqədar Xaşuri – Axaltsixe – Vale və Axalsixe – Ninosminda beynəlxalq avtomobil yolunda qoşquların və yarımqoşquların hərəkəti qadağan edilib”, – məlumatda bildirilib.

Avtomobil yolları departamenti əlavə edib ki, tutumu 30 və daha çox nəfər olan avtomobillərin magistral yollarda hərəkəti qadağan edilib, digər avtomobillərin isə magistral yollarda hərəkətinə icazə verilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir